Your Cart
Loading

Yağışdan Sonra Günəş - Həyat Yolunu İşıqlandıran Kitab

On Sale
€6.00
€6.00
Added to cart

Yağışdan Sonra Günəş – Həyat Yolunu İşıqlandıran Kitab


Bəzən insanın bütün həyatı bir sözlə, bir söhbətlə və ya bir kitabın səhifələri arasında qarşılaşdığı bir fikirlə dəyişə bilir.


Uzun müddət üzərində çalışdığım "Yağışdan Sonra Günəş – Həyat Yolunu İşıqlandıran Kitab" artıq oxucularla görüşə hazırdır.


Bu, sadəcə bir kitab deyil. Bu, insanın öz daxilinə etdiyi yolçuluq haqqında yazılmış psixoloji və fəlsəfi povestdir.


Əsərdə həyat yolunda cavab axtaran gənclə sirli bir kitab satıcısı arasında baş verən söhbətlər vasitəsilə həyatın mənası, qorxu, ümid, sevgi, səhvlər, daxili azadlıq, dəyişmək və insan ruhu kimi mövzulara toxunulur.


Bu kitab hazır cavablar vermək üçün yazılmayıb. Əksinə, məqsədi oxucunu düşünməyə, öz suallarını verməyə və cavablarını öz daxilində tapmağa dəvət etməkdir.


Bu kitabın yazılmasına səbəb olan əsas amillərdən biri son illərdə insanların ümidsizlik ucbatından öz həyatlarına son qoymaları olub. Ən böyük arzum odur ki, bu kitab həyatın çətin sınaqları ilə üzləşən insanlara ümid versin, onları yaşamağa, düşünməyə və ayağa qalxmağa ruhlandırsın.


Ümid edirəm ki, hər oxucu onun səhifələri arasında özünə aid bir cümlə, özündən bir parça, bir fikir və ya həyatına toxunan bir hiss tapacaq.


Xoş mütaliələr və işıqlı yolçuluqlar!

You will get a PDF (902KB) file