Your Cart
Loading

hekayələr-5

On Sale
Amerikan D2.00
Added to cart

Qızıl qoç

Bəli, nağıl binasını qoyax yavaş-yavaş, olum qapında qulunan qarabaş, dövlətli vurar plova şapalax, kasıb tapmaz bir kasa bozbaş, hə, sizə nə söyləyim, kimnən danışım, qədim əyyamdan. Belə rəvayət eləyirlər ki, günlərin bir günündə biri varıymış, biri yoxuymuş, bir padşahın aman-zaman, gözünün ağı-qarası bircə oğlu varıymış, adına da Məlik deyərlərmiş.Bir gün Məlik kəhər atına minib dərya qırağıynan gedirdi, bir də gördü ki, öz mehtərləriynən bir keçəl suyun qırağında dalaşırlar. Məlik bunları aralaşdırıb təpindi:

– Ə, nəyiniz artıx düşüb ki, bir-birinizi qırırsınız?

Mehtər dedi:

– Ağa, vallah, mən gördüm ki, dəryanın üzündə bir sandıx oyanabuyana ləngər vurur. Girdim dəryadan sandığı çıxartmağa, bir də gördüm bu zalım oğlu keçəl özünü yetirdi, başladı ki, sandıx mənimdi, indi onun üstündə dalaşırıq.

Keçəl dedi:

– Yalan deyir, sandığı əvvəlcə mən gördüm, gedib dəryadan onu çıxardanda bu gəlib qolumnan tutdu ki, sandıx mənimdi. Məlik çıxardıb bunların hərəsinə yüz tümən pul verib sandığı aldı.

Bir az gedəndən sonra öz-özünə fikirləşdi ki, əşi, bir açım görüm bunun içində nə var ki, onu dəryaya atıblar?

Oğlan bu fikirnən sandığın ağzını açdı. Gördü içində bir balaca da sandıx var. Onun da ağzını açdı, gördü bunun da içində bir sandıx var, belə-belə, oğlan üç sandıx açdı, axırıncı sandığın ağzını açanda nə görsə yaxşıdı? Gördü bir qız şəkli var ki, adam baxanda ağlı başınnan çıxır. Qız nə qız, saçları qapqara şəvə kimi, alnı ay, zülmətlərə işıx salır, qaşlar elə bil qüdrəti-ilahinin qələmiynən çəkilib, gözlər şəhla, kirpiklər düz yanaxlarına düşür, burnu hind fındığı, alma kimi yanaxları, lalə kimi dodaxları, ağ mərmərdən incə dişlər, ağ buxaxdan cücü dişlər, gəl məni gör, dərdimdən öl. Məlik şəklə baxan kimi dedi:

– Ya Rəbb, görəsən bu gözəl kimə qismət olacax?

Oğlan doyunca şəklə baxıb qurtaran kimi özünnən getdi. Bir azdan sonra ayılıb şəklə bir də baxdı, genə özünnən getdi. Oğlan düz yeddi dəfə şəklə baxdı, hər baxdıqca özünnən getdi. Axırda şəkli ürəyinin üstünə qoyub düz getdi hərəmxanadakı qəm otağına. Bura elə bir yerimiş ki, kimin dərdi-qəmi olsaymış girib orda ağlayıb göz yaşı tökərmiş.Bu otaxda hər nə varıymışsa, hamısı qara rəngdə imiş. Oğlan qara paltar geyib düz bir həftə burda qaldı.

davamını oxuyun...

You will get a PDF (6MB) file